14 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları İnci Abbaslı və Fidan Abbaslının təşəbbüsü
14 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları İnci Abbaslı və Fidan Abbaslının təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr "Uşaq Hüquq aylığı" çərçivəsində Akademik Zərifə Əliyeva adına liseydə "Gələcəyin səsi bizik" adlı tədbir təşkil olunub.
Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri iştirak edib. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.
Daha sonra iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.
Sonda "Mənim cəmiyyətdəki rolum" mövzusu ilə bağlı dikkusiya tipli sual və cavab keçirilib. Uşaqlar tədbir zamanı öyrəndiklərini aktiv şəkildə sual-cavab zamanı nümayiş etdiriblər.