Xocavənddə üzrə regional nümayəndənin təşəbbüsü ilə Yanğından Mühafizə Bölməsinə  şagirdlərin ekskursiyası

Xocavənddə üzrə regional nümayəndənin təşəbbüsü ilə Yanğından Mühafizə Bölməsinə şagirdlərin ekskursiyası

  • 27 İyul 2024
  • admin

Xocavənddə üzrə regional nümayəndənin təşəbbüsü ilə Yanğından Mühafizə Bölməsinə şagirdlərin ekskursiyası

Uşaq Səfirlər Məclisinin Xocavənd üzrə regional nümyəndəsi Teybə Taöıyevanın təşəbbüsü, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Beyləqan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 58 nömrəli Yanğından Mühafizə Bölməsinə şagirdlərin ekskursiyası təşkil olunub.

Şagirdlərə yanğınsöndürən və xilasedicilərin gündəlik iş rejim qaydaları və bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verilib. İlkin yanğınsöndürmə və xilasetmə vasitələrindən istifadə qaydaları, əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, məktəblilər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.