1 sentyabr 2026-cı il tarixində “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə tanınmış memar, elmlər doktoru professor Elçin Əliyevlə görüş baş tutdu.

  • 01 Sentyabr 2026
  • admin

Görüş zamanı memarlıq abidələrinin qorunması və əhəmiyyəti, süni intellektin memarlıq sahəsində rolu, tarixi və müasir binalar arasındakı fərqlər, şəhərsalma prinsipləri, memarlıqda yaradıcılıq və innovasiyaların tətbiqi kimi mövzular ətrafında müzakirələr aparıldı. Elçin Əliyev həmçinin memarlıq sahəsində qazandığı təcrübələrdən, həyata keçirdiyi layihələrdən və peşənin gələcək perspektivlərindən bəhs etdi.

İştirakçılar memarlıq sahəsi ilə bağlı maraqlı məlumatlar əldə edərək suallarını ünvanlamaq və dəyərli tövsiyələr qazanmaq imkanı əldə etdilər.

Görüş gənclərin memarlığa olan marağının artırılmasına və onların yeni biliklər qazanmasına töhfə verdi.