“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə tanınmış memar, elmlər doktoru, professor Elçin Əliyev ilə görüş keçiriləcəkdir.

“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə tanınmış memar, elmlər doktoru, professor Elçin Əliyev ilə görüş keçiriləcəkdir.

  • 27 Avqust 2026
  • admin

Memarlıq sadəcə binaların layihələndirilməsi deyil. Bu sahə yaradıcılıq, innovativ düşüncə və problemlərə fərqli yanaşma bacarığını özündə birləşdirir.

Görüş zamanı Elçin Əliyev öz təcrübəsini bölüşəcək, memarlıq sahəsində uğur qazanmağın yollarından, həyata keçirdiyi layihələrdən və bu peşənin gələcək perspektivlərindən danışacaq. İştirakçılar həmçinin suallarını ünvanlamaq və dəyərli tövsiyələr əldə etmək imkanı qazanacaqlar.

Tarix: 1 sentyabr 2026-cı il

Saat: 15:00

Məkan: Bakı şəhəri
(Dəqiq məkan seçilmiş iştirakçılarla paylaşılacaqdır)

Qeydiyyat linki: https://forms.gle/uS3j1MoPpADjDBXeA

Son qeydiyyat tarixi: 31 avqust 2026 -cı il, saat 18:00.

Məqsədimiz gəncləri memarlıq sahəsi ilə yaxından tanış etmək, onların yaradıcılıq potensialını inkişaf etdirmək və gələcək karyera seçimlərində onlara ilham verməkdir.