Xocalı nümayəndələrinin “XXI əsrdə gender bərabərliyi” adlı təlimi
Uşaq Səfirlər Məclisinin Xocalı üzrə regional nümayəndələri tərəfindən “XXI əsrdə gender bərabərliyi” adlı təlim keçirilib.
Təlim Uşaq Səfirlər Məclisinin Xocalı üzrə regional nümayəndələrinin təşəbbüsü, Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət evinin dəstəyi ilə təşkil edilib.
Çıxış edən rayon rəsmiləri və Uşaq Səfirlər Məclisinin Xocalı üzrə regional nümayəndələri Fidan Quluzadə və Vahid Məmmədov bildiriblər ki, gender bərabərliyi oğlan və qızlar üçün bərabər hüquq, vəzifə, imkanlar, o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır. Eyni zamanda, gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq nəzərdə tutulur. Bərabər imkanların isə insan hüquqları, onların bütün formalarının reallaşdırılması üçün yaradılması vacib olan şərait və təminatlardan ibarətdir.
Daha sonra uşaqların mövzu ilə bağlı fikirləri dinlənilib, sualları cavablandırılıb.