Uşaq Səfirlərin "Uşaqların internet təhlükəsizliyi. Kibercinayətkarlıq" adlı təlimi keçirilib.
Avqustun 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əksər regionlardan olan qızların (100 qız) iştirakı ilə keçirilən "Biz birlikdə güclüyük!" yay düşərgəsinin ikinci günündə Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvləri Nəzrin Bayramlı və Rüfət Əzizzadə tərfindən "Uşaqların internet təhlükəsizliyi. Kibercinayətkarlıq" adlı təlim keçirilib.
Təlimdə uşaqlara internetin zərərli tərəflərindən qorunma üsulları, yaranan təhlükə zamanı edilməli olan müdaxilə formaları və kiberhücumların öncədən müəyyən edilməsi ilə bağlı məlumat verilib. Eyni zamanda bu barədə müvafiq qanunvericilik və məsuliyyət məsələləri də düşərgə iştirakçılarına bildirilib
Təlim interaktiv formada davam edib.