Uşaq Səfirlərimiz Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb

Uşaq Səfirlərimiz Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb

  • 28 Dekabr 2023
  • admin

Uşaq Səfirlərimiz Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb

Dekabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Qalib Ölkənin Qalibləri - 2023” mükafatlandırma mərasimində cari il ərzində uşaq hüquqları, xüsusən də uşaqların inkişaf hüququ sahəsində səmərəli fəaliyyəti ilə seçilən Uşaq Səfirlər Məclisinin dörd üzvü mükafatlandırılıb.

Belə ki, “Ən uğurlu layihə” nominasiyası üzrə Uşaq Səfirlər Məclisinin Uşaq hüquqları və uşaqlarla iş departamentinin direktoru Jalə Muradlı və Beynəlxalq əlaqələr departamentinin üzvü Məryəm Hüseynova, Uşaqlarda rəqəmsal bacarıqların təkmilləşdirilməsi sahəsində göstərdikləri dəstəyə görə “Ən fəal təlimçi” nominasiyası üzrə isə İKT departamentinin üzvləri Rüfət Əzizzadən və Nəzrin Bayramlı təltif ediliblər.

Qeyd edək ki, Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin ətrafında fəaliyyət göstərən 15 səfir, 100-dən artıq regional nümayəndə, məktəb və beynəlxalq nümayəndələr daim öz fəaliyyətlərində uşaqların hüquqlarının qorunmasını əsas prioritet kimi müəyyən ediblər.