Uşaq Səfirlər Məclisinin Yardımlı rayonu üzrə nümayəndələri Eyvazova Zəminə və Dadaşlı Xəyalənin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Yardımlı rayonu üzrə nümayəndələri Eyvazova Zəminə və Dadaşlı Xəyalənin təşəbbüsü, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 23 aprel- Müəllif Hüququ və Kitab Günü ilə əlaqədar Yardımlı rayon Vərgədüz kənd mərkəzi kitabxanasında müəllimlər və uşaqlar ilə birlikdə kitab müzakirələri aparılmışdır. Uşaqlar oxuduqları Cəlil Məmmədquluzadənin -Poçt qutusu əsərini müəllimlər ilə birlikdə müzakirə edərək, o əsər haqqında ümumi məlumatlar vermişdilər.