Uşaq Səfirlər Məclisinin Xocavənd üzrə regional nümayəndəsinin “Qlobal istiləşmə” adlı təlimi

Uşaq Səfirlər Məclisinin Xocavənd üzrə regional nümayəndəsinin “Qlobal istiləşmə” adlı təlimi

  • 19 May 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Xocavənd üzrə regional nümayəndəsinin “Qlobal istiləşmə” adlı təlimi

Uşaq Səfirlər Məclisinin Xocavənd regionu üzrə nümayəndəsi Teybə Tağıyeva tərəfindən “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində “Qlobal istiləşmə”  adlı təlimi keçirilib. 

Təlimdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov, Qaradağlı kənd tam orta məktəbinin direktoru Zülfiyyə Tahirova, müəllimlər və şagirdlər iştirak ediblər
 
Təlimdə Xocavənd üzrə regional nümayəndə Teybə Tağıyeva mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirilib ki, Qlobal istiləşmə əsasən, atmosferə buraxılan qazların səbəb olduğu düşünülən istixana effekti nəticəsində Yer kürəsində il boyu quruda, dənizdə və havada ölçülən orta temperaturun artmasına verilən addır.

Bu gün alimlər qlobal istiləşmə ilə bağlı müxtəlif situasiyalar olsa da həmfikirdirlər. Qlobal İqlim Dəyişikliyi (GCC) sənaye, kənd təsərrüfatı və enerji istehlakı kimi insan fəaliyyəti nəticəsində atmosferdə miqdarı və sıxlığı artan istixana qazlarının yaratdığı qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişiklikləridir. Bu iqlim dəyişikliklərinə quraqlıq, səhralaşma, qeyri-sabitlik və yağıntılarda dəyişikliklər, daşqınlar, tayfunlar, tufanlar, tornadolar və s. meteoroloji hadisələrin artması kimi əlamətlərlə özünü göstərir. İqlim dəyişmələri hazırda dünyanı narahat edən başlıca problemlərdən hesab edilir. Bu məqsədlə dünyanın əksər ölkələri həmin problemlə mübarizə aparmağı başlıca prioritet kimi müəyyənləşdiriblər. Azərbaycan da qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək göstərən dövlətlər sırasındadır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bundan başqa, respublikamız "yaşıl enerji"yə keçid prosesi sahəsində mühüm uğurlara imza atılır. İstər regional səviyyədə, istərsə də beynəlxalq miqyasda baş tutan tədbirlərdə rəsmi Bakının iqlim dəyişmələri ilə mübarizəsi yüksək qiymətləndirilir. Dünyanın ən nüfuzlu tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il ölkəmizdə keçiriləcək. COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qlobal aləmdə Azərbaycana olan etimadın növbəti təzahürüdür.

Daha sonra uşaqların mövzu ilə bağlı sualları cavablandırılıb. Təlim diskussiya şəraitində davam edib.