Uşaq Səfirlər Məclisinin Xocalı rayonu üzrə nümayəndələri və fəallarının təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Xocalı rayonu üzrə nümayəndələri və fəallarının təşəbbüsü

  • 23 May 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Xocalı rayonu üzrə nümayəndələri və fəallarının təşəbbüsü ilə "Səsimiz eşidilsin – Erkən Nikaha Yox Deyək" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi erkən nikahın fəsadlarına diqqət çəkmək, bu problemin uşaqların hüquqları və gələcəyi üçün yaratdığı riskləri ictimaiyyətə çatdırmaq olmuşdur.

Tədbirdə Məclisin Xocalı nümayəndələri və fəalları iştirak edərək öz fikirlərini bölüşmüş, erkən nikahın qarşısının alınması yolları barədə müzakirələr aparmışlar.