Uşaq Səfirlər Məclisinin üzvü İbrahim Allahverdiyev dünyanın aparıcı universitetlərindən biri olan Stanford Universitetinə qəbul olunub!

Uşaq Səfirlər Məclisinin üzvü İbrahim Allahverdiyev dünyanın aparıcı universitetlərindən biri olan Stanford Universitetinə qəbul olunub!

  • 22 Aprel 2025
  • admin

 

Uşaq Səfirlər Məclisinin Uşaqlarla İş Departamentinin üzvü İbrahim Allahverdiyev dünyanın aparıcı universitetlərindən biri olan Stanford Universitetinə qəbul olunub! O, burada Engineering Physics ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, məzunları və professorları arasında çoxsaylı Nobel mükafatı laureatları olan Stanford Universitetinin qəbul faizi cəmi 3.9%-dir. Bu isə universitetin elmi və akademik sahədə yüksək keyfiyyət standartlarına malik olduğunu sübut edir.

Uşaq Səfirlər Məclisi olaraq, İbrahimi bu böyük nailiyyət münasibətilə təbrik edir, ona Stanforddakı təhsilində uğurlar arzulayırıq!