Uşaq Səfirlər Məclisinin üzvləri Türkiyə Respublikasına səfər ediblər.
Uşaq Səfirlər Məclisinin üzvləri Türkiyə Respublikasına səfər ediblər.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” çərçivəsində baş tutan mübadilə səfərində Dövlət Komitəsinin əməkdaşı Könül Tağızadə, Uşaq Səfirlər Məclisinin üzvləri Musab Məmmədli, İbrahim İbrahimli, Fatimə Fətəliyeva,İbrahim Allahverdiyev, Tunar Məmmədli iştirak edib, dövlət rəsmiləri ilə görüşüblər.
2-6 sentyabr tarixlərini əhatə edən səfər zamanı Uşaq Səfirlər Məclisinin üzvləri həmyaşıdları ilə qarşılıqlı müzakirələrdə və təlimlərdə öz təcrübələrini bölüşüb, həmçinin Ankara şəhərində yerləşən bir çox tarixi yerləri ziyarət ediblər.