Uşaq Səfirlər Məclisinin üzvləri "Hüquqlarımızı bilək" adlı təlim keçiblər.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi yanında Uşaq Səfirlər Məclisinin üzvləri "Hüquqlarımızı bilək" adlı təlim keçiblər.
Noyabrın 28-də S.C.Pişəvəri adına Respublika Humanitar fənnlər Gimnaziyasında Uşaq Səfirlər Məclisinin üzvləri Əli-Əkbər Babayev və Məryəm Hacıyeva tərəfindən növbəti təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva, bu kimi təlimlərin uşaqların məlumat almaq və inkişaf hüquqlarının təmin edilməsində, uşaqdan-uşağa prinsipi ilə effektivliyin artırılmasında əhəmiyyətə malik olduğunu deyib.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Uşaq Hüquqları Konvensiyasının müvafiq bəndlərinə toxunaraq, uşaqların hüquqları istiqamətində məlumatlılığının artırılmasının vacib olduğunu qeyd ediblər.
Təlim interaktiv formada uşaqlarla diskussiyanın aparılması və sualların cavablandırılması ilə davam edib.