Uşaq Səfirlər Məclisinin üzvləri Dövlət Proqramının qalibi olublar!

Uşaq Səfirlər Məclisinin üzvləri Dövlət Proqramının qalibi olublar!

  • 26 İyul 2026
  • admin

Uşaq Səfirlər Məclisinin üç üzvü xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olaraq dünyanın nüfuzlu ali təhsil müəssisələrində təqaüdlü təhsil almaq hüququ qazanıb.

İKT Departamentinin üzvü Ömər Eyvazlı Bilkent Universitetində “Sənaye mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.

İKT Departamentinin üzvü Nigar Səfərova Şanxay Jiao Tonq Universitetində “Kompüter elmləri və Texnologiya” ixtisası üzrə təhsil alacaq.

Uşaqlarla İş Departamentinin üzvü Murad Qasımov isə Berkli Kaliforniya Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.

Bu uğur onların uzunmüddətli əməyi, əzmkarlığı və yüksək akademik göstəricilərinin nəticəsidir. İnanırıq ki, əldə edəcəkləri bilik və təcrübə ilə ölkəmizin inkişafına dəyərli töhfələr verəcəklər.

Səfirlərimizi bu mühüm nailiyyət münasibətilə ürəkdən təbrik edir, onlara yeni uğurlar və parlaq gələcək arzulayırıq!