Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Sabahın Alimləri” müsabiqəsində uğur qazanıblar!
Uşaq Səfirlər Məclisinin üzvləri Tunar Məmmədli, Murad Qasımov və Ömər Eyvazlı, həmçinin Məclisin Gəncə şəhəri üzrə nümayəndəsi Hüseyn İsmayılov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Sabahın Alimləri” müsabiqəsində uğur qazanıblar.
Tunar Məmmədli və Hüseyn İsmayılov “ALS və İflic Xəstələri üçün Ucuz Qiymətli Göz Hərəkəti ilə Cihaz İdarəetmə Sistemi” layihəsi ilə birinci yerin qalibi olublar.
Ömər Eyvazlı və Murad Qasımov isə “MyVision” Görmə Məhdudiyyətli İnsanlar üçün Ağıllı Eynək Sistemi layihəsi ilə ikinci yerə layiq görülüblər.
Qeyd edək ki, Tunar Məmmədli və Hüseyn İsmayılov 10-16 may 2025-ci il tarixlərində dünyanın ən istedadlı məktəblilərinin iştirakı ilə keçiriləcək Regeneron Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) ölkəmizi təmsil etmək hüququ qazanıblar.
Uşaq Səfirlər Məclisinin gənc alimlərini bu nailiyyət münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!