Uşaq Səfirlər Məclisinin Tərtər rayonu üzrə nümayəndələri Zeynalzadə Nuray və Allahverdiyev Ayxanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Tərtər rayonu üzrə nümayəndələri Zeynalzadə Nuray və Allahverdiyev Ayxanın təşəbbüsü, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Uşaqların informasiya təhlükəsizliyi, kibercinayətkarlıq” haqqında tədbir keçirilib.
Bu layihənin əsas məqsədi informasiya təhlükəsizliyi və kibercinayətkarlıq mövzusunda ictimaiyyətdə maarifləndirməni artırmaq, xüsusilə gənc nəslin rəqəmsal dünyada qarşılaşa biləcəyi risklər barədə məlumatlılığını gücləndirmək idi. Eyni zamanda, layihə vasitəsilə iştirakçılara şəxsi məlumatların qorunması, güclü şifrələrin əhəmiyyəti, sosial mühəndislik hücumlarından qorunma yolları və internetdə etik davranış qaydaları barədə praktiki biliklər təqdim edildi.