Uşaq Səfirlər Məclisinin Tərtər rayonu üzrə nümayəndələri Zeynalzadə Nuray və Allahverdiyev Ayxanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Tərtər rayonu üzrə nümayəndələri Zeynalzadə Nuray və Allahverdiyev Ayxanın təşəbbüsü, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Uşaqlara kitab verək, həyat yükü yox" layihəsi əsasında erkən nikahın mənfi nəticələri ilə bağlı tədbirikeçirilib.
Tədbirdə erkən nikahın fəsadları, uşaqların təhsil hüquqlarına və inkişafına təsiri barədə ətraflı məlumat verilib. Tədbirdə erkən nikahın qarşısının alınması və maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib.
Həmçinin, erkən nikahın uşaq hüquqlarının pozulması, təhsildən yayınma, psixoloji və fiziki problemlər kimi bir sıra mənfi nəticələrə yol açdığı vurğulanıb.
Tədbirin sonunda fəal iştirak edən uşaqlara kitablar hədiyyə olunub, təhsilin önəmi diqqətə çatdırılıb.