Uşaq Səfirlər Məclisinin Şuşa şəhəri üzrə regional nümayəndəsi Kərimli Nurgülün təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Şuşa şəhəri üzrə regional nümayəndəsi Kərimli Nurgülün təşəbbüsü ilə "Uşaqlara kitab verək, həyat yükü yox!" adlı maarifləndirici tədbir keçirilib. Tədbir zamanı erkən nigah ilə bağlı videoçarx izlənilib. Erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji problemlər, həmçinin erkən nigahın baş verməsinə səbəb olan amillər, eyni zamanda təhsildə və cəmiyyətdə rolu barəsində sual cavab edilib.