Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü, Samux Rayonu İcra Hakimiyyətinin və Samux rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Samux şəhər 3 nömrəli tam orta məktəbdə "Qızlar müzakirəyə qoşulur" layihəsi çərçivəsində "Erkən nikah - İtirilmiş uşaqlıq" mövzusunda tədbir keçirildi. Tədbirdə erkən nikahlar, onların statistikası və onların fəsadları haqqında şagirdlərə ətraflı məlumat verilib. Sonra erkən nikahların həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından zərərlərindən məktəbin psixoloqu Nurlana Əsgərova ətraflı danışdı və erkən nikahlarla mübarizə yolları haqqında öz tövsiyələrini məktəbli qızlara çatdırdı.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər