Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü

  • 23 May 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü, Samux Rayon İcra Hakimiyyətinin və Samux rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Samux şəhər 3 nömrəli tam orta məktəbdə "Kitab sənin ilk dostundur!"adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi 23 Aprel "Müəllif Hüquqları və Kitab günü"ilə bağlı şagirdlərə kitab oxumağın əhəmiyyəti və faydalarından danışmaq, kitabların həyatımızdakı rolu haqqında şagirdləri məlumatlandırmaqdır.

Tədbirdə kitabların həyatımızdakı rolu və əhəmiyyətindən danışıldı. Daha sonra məktəblilər oxuduqları kitablarla bağlı təəssüratlarını bildirdilər. Tədbirin sonunda məktəblilərin hazırladıqları kompazisiya nümayiş olundu və aktiv mütaliəyə edən şagirdlərə kitab hədiyyə olundu.