Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanımın təşəbbüsü, Samux rayon üzrə təhsil sektorunun dəstəyi ilə Samux şəhər 1 nömrəli məktəb-liseydə " Yol hərəkəti qaydalarına əməl edək!"adlı tədbir keçirildi. Tədbirdə Samux rayon Polis Şöbəsinin əməkdaşları da iştirak edirdilər. Təbdiri giriş sözü ilə Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanım açaraq şagirdlərə yol nişanları, yol hərəkəti qaydaların həyatımızdakı rolu və həmin qaydalara əməl etməyin əhəmiyyətindən danışdı. Sonra yol nişanları və yol hərəkəti qaydaları haqqında polis əməkdaşı ətraflı məlumat verdi. Tədbirin sonunda məktəbin ibtidai sinif şagirdlərinin hazırladıqları səhnəciklər nümayiş edildi.