Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanım və fəalların təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanım və fəalların təşəbbüsü

  • 26 İyul 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanım və fəalların təşəbbüsü, Samux Rayon İcra Hakimiyyətinin və Samux rayonu üzrə təhsil sektorunun dəstəyi ilə "Qızlar müzakirəyə qoşulur" layihəsi çərçivəsində "Güvənli gələcək bizimlə gələcək!" adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi 12-16 yaşlı qızların sosial aktivliyini, liderlik potensialını və öz fikirlərini sərbəst ifadə etmək bacarıqlarını inkişaf etdirməkdir. Bu tədbir vasitəsilə qızlara güvənli bir mühit yaradaraq onların cəmiyyətə dair fikirlərini, gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri və gələcəklə bağlı arzularını sərbəst şəkildə bölüşə bilmələrini, qızlarda özünə inam və özünü ifadə bacarıqlarını gücləndirmək çağırışı verildi. Tədbir zamanı gənclərə müasir cəmiyyətdə sağlam gənclik kimi formalaşmaları üçün tövsiyələr verildi.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər