Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə və Əli Nəzərlinin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə və Əli Nəzərlinin təşəbbüsü, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara Gənclər Evində "Suverenliyin izi ilə" adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycanın dövlətçilik tarixini, müstəqillik yolunu və suverenlik uğrunda aparılan mübarizəni gənclərə tanıtmaq olmuşdur. Tədbirdə iştirakçılara Azərbaycan türklərinin tarixi barədə hazırlanmış videoçarx təqdim olundu.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər