Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü

  • 28 İyul 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Şərqi - Zəngəzur Regional Mədəniyyət İdarəsinin dəstəyi, Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon fəallarının, eyni zamanda valideynlər və uşaqların iştirakı ilə "Uşaqdan-Böyüyə" layihəsi adı altında "Asudə vaxtının səmərəli təşkili" adlı tədbir keçirilib.

Çıxış edənlər uşaqların asudə vaxtlarının səmərəli təşkilinin istər fiziki, istərsə də psixi sağlamlıq baxımından böyük əhəmiyyət kəsb etməsindən, onların inkişafında mütaliənin, musiqinin özünəməxsus rolundan, şahmatın faydalarından geniş söhbət açıblar.

Tədbir uşaqların ifasında şeir və musiqilərin səslənməsi, səhnəciklərin göstərilməsi, rəqslərin nümayişi və müzakirələrlə davam etdirilib.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər