Uşaq Səfirlər Məclisinin regional nümayəndələri də təhsildə xüsusi nailiyyətlərinə görə qızıl nişan ilə təltif ediliblər
Uşaq Səfirlər Məclisinin Laçın üzrə regional nümayəndəsi - Fatimə Əliyeva, Zaqatala üzrə regional nümayəndəsi - Aytən Abdullayeva və Gədəbəy üzrə regional nümayəndəsi - Fatimə Allahverdiyeva Elm və təhsil naziri Emin Əmrullayevin Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmrinə əsasən təhsildə xüsusi nailiyyətlərinə görə qızıl nişan ilə təltif ediliblər.
Qeyd edək ki, əmrə əsasən, respublika üzrə 183 şagird qızıl, 39 şagird isə gümüş nişanla təltif olunub.
Uşaq Səfirimizi Məclisinin regional nümayəndələrini təbrik edir, təhsil həyatlarında bol uğurlar arzu edirik!