Uşaq Səfirlər Məclisinin Qusar rayonu üzrə nümayəndəsi Şənay Rüstəmin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Qusar rayonu üzrə nümayəndəsi Şənay Rüstəmin təşəbbüsü, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qızlar Müzakirəyə Qoşulur" layihəsi əsasında "Erkən Nikaha Son Deyək!" adlı təlim keçirilmişdir. Təlimdə hər bir iştirakçı öz fikirlərini bildirmiş, daha sonra kitabxana işçiləri qızlar ilə söhbət aparmış, onlara kitab hədiyyə etmişdir.