Uşaq Səfirlər Məclisinin Qusar rayonu üzrə nümayəndələri Şənay Rüstəm və Rasim Dəmirovun təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Qusar rayonu üzrə nümayəndələri Şənay Rüstəm və Rasim Dəmirovun təşəbbüsü

  • 01 Avqust 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Qusar rayonu üzrə nümayəndələri Şənay Rüstəm və Rasim Dəmirovun təşəbbüsü, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sağlam Gələcək üçün İstirahət Düşərgəsi” adlı tədbir təşkil olunub.

İştirakçılara erkən nikahın fəsadları, zərərli vərdişlərin insan sağlamlığına təsiri və uşaq hüquqları barədə ətraflı məlumat verilib, bu mövzuların cəmiyyət və fərd üçün əhəmiyyətindən bəhs olunub.

Sonda “Kiçik Addımlar, Böyük Hüquqlar” adlı maraqlı komanda yarışı keçirilib və qalib komanda diplomla təltif olunub.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər