26 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında

26 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında

  • 28 Noyabr 2025
  • admin

26 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvlərinin “Düşüncədən qələbəyə” debat layihəsi çərçivəsində növbəti görüşü Bakı SOS Uşaq Kəndində baş tutub.

Görüş zamanı iştirakçılar üçün “Kibertəhlükəsizlik nədir və necə qorunmalı?” mövzusunda maarifləndirici təlim təşkil olunmuş, eyni zamanda “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” mövzusu üzrə məlumatlar verilmişdir.

Təlim prosesində uşaqlar internetdən təhlükəsiz istifadə qaydaları, şəxsi məlumatların qorunması, onlayn risk növləri və kibergigiyena prinsipləri ilə tanış olmuş, interaktiv oyunlar (energizerlər) vasitəsilə mövzunu daha yaxşı mənimsəmişlər. Bununla yanaşı, tədbir çərçivəsində arqumentlərin gücləndirilməsi, debat mədəniyyəti, fikrin əsaslandırılması, effektiv ünsiyyət, məntiqi ardıcıllıq, qarşı tərəfin fikrinin təhlili, ziddiyyətlərin düzgün təqdim edilməsi kimi debat bacarıqları üzrə də məlumatlar verilib.

Qeyd edək ki, layihənin əsas məqsədi uşaqlarda tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, onların düzgün və effektiv ünsiyyət qurmaq, arqumentləşdirmə, ictimai çıxış və fikir mübadiləsi vərdişlərini gücləndirməkdir.