Uşaq Səfirlər Məclisinin növbəti uğuru!
Uşaq Səfirlər Məclisinin növbəti uğuru!
Uşaq Səfirlər Məclisinin üvzü və Bakı fəalları Fibonacci Robot Olympiad 2026 yarışında uğurlu nəticələr əldə edib!
Belə ki, Uşaq Səfirlər Məclisinin üzvü Fatimə Sultanlı və Bakı üzrə fəalımız Ömər Məmmədli Softtech Entrepreneurship kateqoriyası üzrə I yerə layiq görülüblər. Digər Bakı fəallarımızdan Şəhla Məmmədova Blue Entrepreneurship kateqoriyası üzrə II yerə, Nəzrin Səmədzadə isə Robotech Entrepreneurship kateqoriyası üzrə II yerə layiq görülüb.
Qeyd edək ki, Fibonacci Robot Olympiad 2026 robototexnika və innovasiya sahəsində gənclərin bilik və bacarıqlarını nümayiş etdirməsi, onların yaradıcılıq və mühəndislik düşüncəsini inkişaf etdirməsi məqsədi ilə keçirilən beynəlxalq yarışdır.
Bütün qaliblərimizi bu böyük uğur münasibətilə səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!
#UşaqSəfirlərMəclisi #USM #ChildAmbassadorsCouncil #CAC