Uşaq Səfirlər Məclisinin növbəti uğuru!
Uşaq Səfirlər Məclisinin Uşaqlarla iş departamentinin üzvü Murad Qasımov, İKT departamentinin üzvü Nigar Səfərova, eyni zamanda Uşaq Səfirlər Məclisinin Salyan rayonu üzrə fəalı Nigar Fərzəliyeva AFS mübadilə proqramının qalibi olublar. Qaliblərdən Murad Qasımov bir ay müddətində Hindistanda, Nigar Səfərova Misirdə, Nigar Fərzəliyeva isə Çində keçiriləcək proqramda iştirak edərək Azərbaycan Respublikasını təmsil edəcəklər. Proqram çərçivəsində iştirakçılar müxtəlif ölkələrdən olan gənclərlə birlikdə mədəniyyətlərarası dialoq, liderlik bacarıqlarının inkişafı, sosial təşəbbüslər və ictimai fəallıq istiqamətində keçirilən təlim və layihələrdə iştirak edəcəklər.
Bu mühüm nailiyyət münasibətilə qaliblərimizi səmimi-qəlbdən təbrik edir, onlara yeni bilik və təcrübələr qazanmağı arzulayırıq!
#UşaqSəfirlərMəclisi #USM #ChildAmbassadorsCouncil #CAC