Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəliyində “Uşaqdan-böyüyə” adlı layihə əsasında görüş keçirilib
Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəliyində “Uşaqdan-böyüyə” adlı layihə əsasında görüş keçirilib.
Görüşdə Neftçala şəhər 4 nömrəli tam orta məktəbin rəhbərliyi, öz fəallığı ilə seçilən məktəblilər, valideynlər iştirak edib.
Görüş zamanı iştirakçılara valideyn-övlad münasibətləri, uşaq şəxsiyyətinin formalaşmasında valideynin rolu, ailədə valideyn – uşaq münasibətlərinin düzgün qurulması üçün valideynlə uşaq arasında davranış qaydalarına riayət edilməsinin vacibliyi, uşaqların gələcək ixtisas seçimində valideyn dəstəyi və eyni zamanda uşaq hüquqları barədə geniş məlumat verilib.
Mövzu ətrafında şagirdlərlə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.