Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonu üzrə nümayəndəliyində 27 Sentyabr Anım Gününə həsr olunmuş "Tarix unudulmur" adlı Viktorina yarışması keçirilib.
Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonu üzrə nümayəndələri Turan Nağıyev və Əsli Muradlının təşəbbüsü, Culfa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 27 Sentyabr Anım Gününə həsr olunmuş "Tarix unudulmur" adlı Viktorina yarışması keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi yad etmək və uşaqlara Azərbaycanın zəfər tarixini xatırlatmaqdır.