Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu üzrə nümayəndəsi Əli Şəfizadənin təşəbbüsü Kəngərli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Zəfərə gedən yolun qəhrəmanları" mövzusunda tədbir keçirilib.

  • 04 Oktyabr 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu üzrə nümayəndəsi Əli Şəfizadənin təşəbbüsü Kəngərli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Zəfərə gedən yolun qəhrəmanları" mövzusunda tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mövzu ətrafında Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Əsgərov, Uşaq Səfirlər Məclisinin nümayəndələri Əli Şəfizadə, Sevgi Əliyeva və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Qəmbərova çıxış edərək bildiriblər ki, II Qarabağ Müharibəsi zamanı Azərbaycanın bütün potensialı səfərbər olunmuş və ölkədə milli həmrəylik mühiti təmin olunmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzim və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.

Tədbirin sonunda məktəblilərin ifasında şeirlər oxunmuşdur.