Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəliyində 27 sentyabr "Anım günü" əlaqədar "Tarix yazanlar" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəliyində 27 sentyabr "Anım günü" əlaqədar "Tarix yazanlar" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.

  • 29 Sentyabr 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəsi Zeynəb Şükürova və region fəalı Xədicə Əliyevanın təşəbbüsü Mingəçevir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 27 sentyabr "Anım günü" əlaqədar "Tarix yazanlar" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəhid anaları, qazilər, müəllim və şagirdlər işrirak️ edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdiyini qeyd olunub.

Şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeir və mahnılar təqdim olunub. Daha sonra Vətən müharibəsinə həsr edilmiş film nümayiş etdirilib

Tədbirin əsas məqsədi II Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini ehtiramla yad etmək, uşaq və gənclər arasında vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarət idi.