Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region fəalları Cavadlı Nihan və Abbaslı Bətülün təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region fəalları Cavadlı Nihan və Abbaslı Bətülün təşəbbüsü, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Təhsil səktorunun dəstəyi ilə V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə "Zəfər kitabının ilk səhifələri" adlı bədii-ədəbi kompazisiyalı tədbir keçirilib.
Tədbir vətən uğurunda canını fəda edən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlanılıb. Ardından Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbir zamanı şagirdlərə Aprel döyüşləri haqqında məlumat verilib. Aprel döyüşlərinə həsr olunmuş videoçarx izlənilib. Tədbirin bədii hissəsində şagirdlər şeirlə çıxış edib.