Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə nümayəndəsi Şükürova Zeynəbin, şəhər fəalları İsmayıl Ərəbov və Nihad Əzizovun təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə nümayəndəsi Şükürova Zeynəbin, şəhər fəalları İsmayıl Ərəbov və Nihad Əzizovun təşəbbüsü

  • 23 May 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə nümayəndəsi Şükürova Zeynəbin, şəhər fəalları İsmayıl Ərəbov və Nihad Əzizovun təşəbbüsü, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhər Təhsil sektorunun dəstəyi ilə S.Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə "Uğurlu gələcək, bizimlə gələcək!" adlı təlim keçirilib.

Təlimdə uşaqlara Uşaq Səfirlər Məclisi və uşaq hüquqlarının müdafiəsi haqqında məlumat verilib, video çarx izlənilib. Hüquq pozuntu halları, bununla ən çox kimlər üzləşir bu vəziyyətin aradan qaldırılması üçün Uşaq Səfirlər Məclisi tərəfindən görülən işlər müzakirə edilib. Nümayəndə və fəallar tərəfindən "Hüquqlarımızı kim qoruyur?", "Mənim inkişafımda hüquqlarımın rolu nədir?" , "Hüquq pozuntusu qeydə aldıqda Uşaq Səfirlər Məclisi bizə necə kömək edir?" və s. bu kimi suallar cavablandırılıb.