Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə nümayəndələri və fəalları ilə 5 noyabr 2024-cü il tarixində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq məqsədilə görüş keçirilmişdir.
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə nümayəndələri və fəalları ilə 5 noyabr 2024-cü il tarixində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq məqsədilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları, liderlik keyfiyyətləri ilə seçilən, həmçinin sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi Forumun əhəmiyyəti və vacibliyini vurğulamış, hazırlıq mərhələsinin uşaqların Forum zamanı təklif və tövsiyələrini səsləndirməsi, diskussiya aparması, müraciətlərini hazırlaması baxımından mühüm rol oynadığını bildirmişdir. O, həmçinin uşaq hüquqlarının müdafiəsi istiqamətində ən mühüm tədbirlərdən biri olan Forumun məqsədinin uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsindən ibarət olduğunu xüsusi vurğulamışdır.
Daha sonra Mingəçevir şəhərini təmsil edən nümayəndə və fəalların üzləşdiyi problemlər barəsində ətraflı söhbət aparılmış, onların təklifləri, layihələri dinlənilmiş, həmçinin onları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda C.Bağırova uşaqların fəaliyyətinin gücləndirilməsi, bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin artırılması istiqamətində özlərini inkişaf etdirmələrini tövsiyə etmiş və xatirə fotosu çəkilmişdir.