Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə fəalları Abbaslı Bətül və Mustafazadə Xədicənin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə fəalları Abbaslı Bətül və Mustafazadə Xədicənin təşəbbüsü ilə Yevlax şəhər yaradıcılıq evində 5 oktyabr müəllim gününə həsr olunmuş "Gələcəyin memarı-müəllim" adlı tədbir keçirilib.
Tədbirin məqsədi müəllimlik peşəsinin cəmiyyətimizdəki əvəzsiz rolunu vurğulamaq.
Təhsil sahəsində zəhməti və fədakarlığı ilə seçilən müəllimlərin əməyini qiymətləndirmək.
Müəllim–şagird münasibətlərini möhkəmləndirmək və maarifçilik ənənələrini davam etdirmək. Tədbir zamanı müəllimlik peşəsinə həsr olunmuş videoçarx, şagirdlərin ifasında musiqi və rəqs çıxışları nümayiş olunub.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər