26 sentyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Göyçay rayonu üzrə nümayəndə və fəalları ilə görüş keçirilmişdir.
26 sentyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Göyçay rayonu üzrə nümayəndə və fəalları ilə görüş keçirilmişdir.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova iştirak edərək uşaqların fəaliyyəti ilə tanış olmuşdur.
Daha sonra Göyçay rayonunu təmsil edən nümayəndə və fəalların üzləşdikləri problemlər barədə ətraflı müzakirələr aparılmış, onların təklif və layihələri dinlənilmiş, həmçinin ünvanladıqları suallar cavablandırılmışdır.
Sonda C. Bağırova uşaqların fəaliyyətini gücləndirmələri, bilik və bacarıqlarını, eləcə də liderlik keyfiyyətlərini inkişaf etdirmələri barədə tövsiyələr vermişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC