Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region falları Xədicə Mustafazadə və Aliyə Abrurazakovanın təşəbüssü, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Təhsil sektorunun dəstəyi ilə R.Qəhrəmanov adına 14 saylı tam orta məktəbdə "Uşaqlar gə
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region falları Xədicə Mustafazadə və Aliyə Abrurazakovanın təşəbüssü, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Təhsil sektorunun dəstəyi ilə R.Qəhrəmanov adına 14 saylı tam orta məktəbdə "Uşaqlar gələcəyimizdir!" adlı tədbir keçirilib.
Tədbir zamanı şagirdlərə uşaq hüquqları haqqda məlumat verilib. Uşaq hüqlarının pozulma halları müzakirə olunub. "Hüquq pozuntusu halları ilə qarşılaşdıqda nə etməli?", "Hansı adiyyəti icra orqanlarına müraciət etməli?" "Uşaqlar bu zaman bir-birinə necə dəstək ola bilər?" bu kimi suallar fəallar tərəfindən cavablandırılıb.
Tədbirin ikinci hissəsində şagirdlərlə uşaq hüquqları barədə yarış keçirilib. Sonda yarışın nəticələri elan olunub və qaliblər mükafatlandırılıb.