Uşaq Səfirlər Məclisinin Lənkəran rayonu üzrə nümayəndəsi Əsədova Məlahətin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Lənkəran rayonu üzrə nümayəndəsi Əsədova Məlahətin təşəbbüsü, Lənkəran rayon Liman şəhər İ.Mahmudov adına 1 saylı tam orta məktəbinin dəstəyi ilə 23 aprel "Müəllif Hüquqları və Kitab günü" ilə bağlı oxu saatı keçirilib. Bu zaman ərzində şagirdlər oxuduqları kitablarla bağlı təəssüratlarını bildiriblər. Kitabların həyatımızdakı rolu haqqında geniş məlumat verilib. Mütaliə etməyin vacibliyi vurğulanmışdır.