Uşaq Səfirlər Məclisinin İmişli rayonu üzrə nümayəndəsi Həsənzadə Nicatın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin İmişli rayonu üzrə nümayəndəsi Həsənzadə Nicatın təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin İmişli rayonu üzrə nümayəndəsi Həsənzadə Nicatın təşəbbüsü, İmişli rayon təhsil sektorunun dəstəyi ilə İmişli rayonu, Heydər Əliyev Mərkəzində 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əsas məqsədi gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun dövlətçilik tariximizdəki rolu haqqında iştirakçılara məlumat vermək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək, Milli-mənəvi dəyərlərimizi təbliğ etmək və qorumağın əhəmiyyətini vurğulamaq, Şagird və tələbələrdə milli kimlik və tarixə hörmət hissini gücləndirmək, İştirakçılar arasında yaradıcılığı və ictimai fəallığı təşviq etməkdir. Şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar və rəsmi sənədlər haqqında geniş məlumat verilib.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər