Uşaq Səfirlər Məclisinin Abşeron rayon üzrə nümayəndəsi Mayisə Abbasovanın təşəbbüsü, rayon İcra Hakimiyyətinin dəstəyi ilə və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinləri ilə görüş keçirib

  • 05 Aprel 2024
  • admin

Aprelin 2-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Beynəlxalq Uşaq Kitabı Günü” və “Dünya Autizm Məlumatlandırma Günü” münasibətilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində görüş keçirilib.

Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdir müavini Nurlan Məmmədzadə, Abşeron RİH-in əməkdaşları, habelə Uşaq Səfirlər Məclisinin Abşeron rayon üzrə nümayəndəsi Mayisə Abbasova və fəalları iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə cavab verən hər iki müəssisədə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə tanış olub, bu dərnəklərdə uşaqların hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilib.

Sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron RİH-in dəstəyi ilə hər iki müəssisəyə Uşaq Səfirlər Məclisinin Abşeron rayon nümayəndələri və fəalları tərəfindən toplanmış uşaq və bədii ədəbiyyatdan ibarət 500-dən çox kitab hədiyyə edilib.