Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü

  • 23 May 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 23 aprel "Ümumdünya Kitab və Müəlliflik hüququ günü" ilə əlaqədər “Kitab müzakirəsi və ədəbiyyatın rolu" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər 23 aprel günün əhəmiyyəti, kitab oxumanın faydaları, günümüzdə insanların kitablara qarşı sevgilərini artırmaq məqsədi ilə oxu saatlarının vaxtaşırı təşkili iıə bağlı geniş şəkildə məlumat veriblər.

Tədbirdə Antuan de Sent Ekzüperinin- "Balaca Şahzadə",Joze Maury-"Şəkər Portağalı", Cəlil Məmmədquluzadə -"Poçt Qutusu", Paulo Coelho -"Kimyagər", Mark Tven- "Tom Soyerin Macəraları" əsərləri haqqında məlumat verilib, eyni zamanda videoçarxlar nümayiş etdirilib.