Uşaq Səfirlər Məclisinin Balakən rayonu üzrə nümayəndə və fəallarının təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Balakən rayonu üzrə nümayəndə və fəallarının təşəbbüsü ilə “18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar ekskursiya təşkil olunub.
Ekskursiyada Balakən rayon Tarix-Diyarşünaslıq muzeyinin rəhbərliyi, təhsil işçiləri, "Uşaq Səfirlər Məclisi"nin nümayəndələri və fəalları iştirak ediblər.
İlk əvvəl Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinə görüş təşkil edilib, rayonun müxtəlif ərazilərindən tapılmış və toplanılmış eksponatlara baxış keçirilib.
Daha sonra məktəblilər Balakən rayon Qullar kəndində yerləşən Arılıqbinə məbədinə ekskursiyada iştirak edib.
Ekskursiyada məktəblilərə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Balakən rayonu ərazisində yerləşən abidələr və tarixi yerlər haqqında və Arılıqbinə məbədinin tarixi barədə geniş məlumat verilib.