Uşaq Səfirlər Məclisinin Ağcabədi rayonu üzrə nümayəndəsinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Səməd Vurğun adına 4 nömrəli məktəbdə “Güvənli və Doğru İnternet İstifadəsi” mövzusunda təlim həyata keçirilib.

Təlimin məqsədi şagirdlərə internetin təhlükəli tərəflərini tanıtmaq, düzgün istifadənin əhəmiyyətini vurğulamaq və təhlükəsiz davranış qaydalarını öyrətməkdir.
Təlim şagirdlərə məlumatlı və təhlükəsiz internet istifadəçisi olmaq üçün vacib bacarıqlar qazandırdı.