Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Əliyeva Zəhra və Abbaszadə Ayxanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Əliyeva Zəhra və Abbaszadə Ayxanın təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 23 Aprel – Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə maarifləndirici görüş keçirildi. Tədbirin əsas məqsədi oxu mədəniyyətini təşviq etmək, müəlliflərin əməyinə hörmət aşılayaraq müəllif hüquqlarının əhəmiyyətinə diqqət çəkmək idi.
Görüş çərçivəsində Antoine de Saint-Exupéry-nin “Balaca Şahzadə” əsəri müzakirə olundu. Kitabın əsas ideyası, personajlar və müəllifin vermək istədiyi dərin mənalar barədə fikir mübadiləsi aparıldı.