“Ulu Öndərin izi ilə: Heydər Əliyevin Azərbaycan təhsilində rolu” adlı tədbir keçirilib

“Ulu Öndərin izi ilə: Heydər Əliyevin Azərbaycan təhsilində rolu” adlı tədbir keçirilib

  • 12 May 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Zəngilan üzrə regional nümayəndələrinin təşəbbüsü ilə Zəngilan rayon 28 saylı tam orta məktəbdə “Ulu Öndərin izi ilə: Heydər Əliyevin Azərbaycan təhsilində rolu” adlı tədbir keçirilib.

Tədbirdə bildirilib ki, dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Ulu Öndər Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərərək, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verir. Ümummilli Lider Heydər Əliyev bir hakimiyyət ustadı, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

Tədbir bədii hissə ilə davam edib.