Üç ayın ən fəal rayonu – Qazax! ✨
Uğurlu təşəbbüsləri və fəal iştirakına görə Qazax rayon nümayəndələri Fəxrəddin Civişov və Aysu Bəndiyevaya, eləcə də təşkilatçılığı ilə fərqlənən rayon fəalı Təhminə İsmayılovaya dərin təşəkkürümüzü bildiririk! Gələcək işlərinizdə daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, “Ən fəal rayon” nominasiyası Uşaq Səfirlər Məclisi çərçivəsində regionlarla işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə keçirilən 3 aylıq (yanvar, fevral, mart) qiymətləndirmənin nəticəsidir. Bu müddət ərzində Qazax rayonu fəal iştirakı, təşəbbüskarlığı və uğurlu təşkilatçılığı ilə fərqlənərək bu ada layiq görülüb.