Təcrübə könüllüləri üçün layihələrin yazılmaq qaydaları və ideyaların formalaşdırılması ilə bağlı təlim
“Uşaq Səfirlər Məktəbi” təcrübə proqramının könüllüləri üçün Uşaq Səfirlər Məclisinin Uşaq hüquqları və uşaqlarla iş departamentinin direktoru Jalə Muradlı tərəfindən layihələrin yazılmaq qaydaları və ideyaların formalaşdırılmasına dair təlim keçirilib.
Təlimdə layihə tərtib edərkən diqqət edilməli məqamlar və düzgün layihə forması ilə bağlı digər məqamlar, ideyaların formalaşdırılması və təqdimatının edilmə üsulları izah edilib.
Eyni zamanda təcrübi nümunələrlə uşaqların sualları cavablandırılıb, daha sonra uşaqlara verilən kitabların mövzusuna uyğun olaraq qruplar şəklində layihələr hazırlanıb.